11 mart 2013 14:36
“Ola bilər ki, Foqts heç məni tanımır, ona görə milliyə çağırmır”
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov futbol üzrə Azərbaycan yığmasına dəvət olunmamasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, son dövrlər yaxşı oyunu ilə diqqət çəkən futbolçu bunları dilə gətirib:
“Mən öz oyunumu oynayıram. Amma Foqts nədənsə yığmaya çağırmır. Heç üçgünlük toplanışlara da dəvət etmir. Onun niyə belə etdiyini heç özüm də bilmirəm. Ola bilər ki, Foqts heç məni tanımır. Lakin yığmanın nəsə xüsusi nəticələr qazandığını da demək olmaz”.