11 mart 2013 14:46
Kanales: Çempionluq ilə yanaşı, bombardirliyə görə də mükafat almaq pis olmazdı
“Neftçi”nin hücumçusu Nikolas Kanales azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasında fevral ayının ən yaxşısı seçilməsindən danışıb, digər suallara cavab verib:
- Şadam ki, məni ayın ən yaxşısı futbolçusu seçdilər. Deməli, meydana əbəs yerə çıxmamışam. Amma bu, təkcə mənim uğurum deyil. Burda bütün komandanın əməyi var. Ona görə də “Neftçi”ni təbrik edirəm. Bundan sonra da bu mükafata layiq olduğumu isbatlamağa çalışacağam.
- Sabah komandanız altılığın ilk oyununa çıxacaq...
- Bəli, bizi “Bakı” ilə paytaxt derbisi gözləyir. Prinsipial oyundu. Rəqib də bizi məğlub etmək istəyir. Amma biz çempionatın lideri kimi hər oyundan qalib ayrılmaq istəyirik. Çünki yalnız bu halda liderliyimizi qoruya bilərik.
- “Bakı” son turlarda artırıb...
- Buna baxmayaraq, “Neftçi” cütün favoritidi. Digər tərəfdən, biz liderik, onlar isə altıncı yerdə gedirlər. Düzdü, ilk altılıqda zəif komanda yoxdu. İtiriləsi bir şeyləri də yoxdu. Ona görə işimiz çətin olacaq.
- Sizcə, ilk altılıqda “Neftçi”yə qarşı qruplaşma ola bilər?
- Bütün komandalar bizimlə oyunlara xüsusi hazırlaşırlar. Belədə qruplaşma da istisna deyil. Amma bu, bizi sadəcə daha yaxşı motivasiya edə bilər. Fikrimcə, belə şeylər bizim çempionluğumuza mane ola bilməz.
- Hansı komandaya qarşı oynamaq daha çətin olacaq?
- “Qarabağ”a. Bu mövsüm biz onlara iki dəfə uduzmuşuq. Amma kubok oyunlarını da nəzərə alsaq, Ağdam klubu ilə daha dörd oyunumuz olacaq. Yəni bu statistikanı xeyrimizə dəyişmək imkanımız olacaq.
- “Qarabağ”a. Bu mövsüm biz onlara iki dəfə uduzmuşuq. Amma kubok oyunlarını da nəzərə alsaq, Ağdam klubu ilə daha dörd oyunumuz olacaq. Yəni bu statistikanı xeyrimizə dəyişmək imkanımız olacaq.
- Son iki oyunda qol vurmamağınız baş məşqçinizi narahat edib...
- Artıq hamı mənim hər oyunda qol vurmağıma alışıb. Son iki turda buna nail ola bilməmişəm. Hamı da buna görə narahat olmağa başlayıb. Çalışacağam ki, yenə də qollar vurmağa başlayım. Amma hər şeydən önəmli olan komandamın qələbə qazanmasıdı.
- Lakin yenə də bombardirlər yarışında birinci yerdəsiz...
- Bu haqda xüsusi olaraq düşünmürəm. Sadəcə, komandama uğur qazandırmaq üçün qollar vurmağa çalışıram. Amma çempionluqla yanaşı, bombardirliyə görə də mükafat almaq pis olmazdı.
