11 mart 2013 15:01
23-cü turun üç oyunu canlı yayımda
Topaz Premyer Liqasının 23-cü turunun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş oyunları azarkeşlər canlı izləyə biləcəklər:
Topaz Premyer Liqası
23-cü tur
12 mart (çərşənbə axşamı)
“Bakı” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elşən Acalov, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Məlik Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00 (canlı, AzTV)
“Rəvan” - “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Murad Məmmədov
Bayıl Arena stadionu, 15:00 (canlı, “İdman Azərbaycan”)
“Simurq” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zaqatala şəhər stadionu, 17:00 (canlı, “İdman Azərbaycan”)
