11 mart 2013 15:33
Berti Foqts: Azərbaycanın böyük turizm potensialı var
Almanyanın paytaxtı Berlində təşkil olunmuş İTB Beynlxalq Turizm sərgisində iştirak edən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
"Digər sahələrdə olduğu kimi, turizm sferasında da Azərbaycan inkişaf etməkdədir. Ölkənin böyük turizm potensialı var. Relyefinə və təbiətinə görə çox cəlbedicidir. Azərbaycan turistlər üçün təbiəti və qədim abidələri ilə kəşf ediləsi yerdir. “İTB Berlin 2013” turizm sərgisində iştirak etməsi bu ölkəyə olan marağı daha da artıracaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanın bu sahədə tutduğu strategiya doğru və məqsədyönlüdür".
