11 mart 2013 15:42

“Bu əziyyətə qatlaşmağa hazıram”

Azərbaycanda yeni futbol liqası yaradılıb. Azerisport.az xəbər verir ki, 19 yaşlı futbolçulardan ibarət komandaların mübarizə aparacağı həmin yarışda “Qəbələ” də təmsil olunur.
 
Bu məqsədlə “Qəbələ” FK da 19 yaşlı futbolçulardan (1995 və 1996-cı il təvəllüdlü) ibarət yeni kollektiv də (“Qəbələ” U-19) formalaşdırılıb. 
 
İlk dəfə təşkil olunan U-19 Liqasında “Qəbələ” ilə yanaşı daha 6 klubun – “Neftçi”, “İnter”, “Qarabağ”,  “Bakı”, “Sumqayıt” və AZAL-ın təmsilçiləri də yarışacaq. Martın 13-də start götürəcək yarış may ayında yekunlaşacaq. İlk mərhələdə 7 komanda bir dövrəli sistemlə mübarizə aparacaq. Oyunlar Bakıda, AFFA tərəfindən təyin olunmuş stadionlarda (Binə stadionu və “Dalğa Arena”da) keçiriləcək. I dövrənin nəticələrinə əsasən, ilk dörd yerin sahibi 1/2 final mərhələsinə vəsiqə qazanacaq. Bu mərhələdə oyunlar ev-səfər sistemi ilə keçiriləcək. U-19 Liqasının püşkü də atılıb. Püşkatmaya görə, “Qəbələ” ilk turda “Rəvan”la qarşılaşacaq. Matç martın 13-də Binə stadionunda baş tutacaq. 
 
Qeyd edək ki, U-19 Liqası UEFA-nın tövsiyyəsinə əsasən yaradılıb. Ali futbol qurumundan AFFA-ya gələn bu təklif cari mövsüm üçün tövsiyə xarakteri daşıyır. Lakin təklif növbəti mövsümdən klub və milli federasiyalar qarşısında məcburi tələb kimi qoyulacaq. Məqsəd peşəkar komandaların heyətinə düşmək istəyən gənc futbolçulara dəstək olmaq, 19 yaşlılar arasında milli komandaların hazırlığını daha da gücləndirməkdir.
 
Yeni formalaşdırılan “Qəbələ” U-19-un hazırlığı “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının məşqçilər korpusuna tapşırılıb. Komandanı çempionat oyunlarına “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının ispaniyalı baş məşqçisi Luis Araqon çıxaracaq. 
 
Yeniliklə bağlı Luis Araqon münasibətini açıqlayıb. İspan mütəxəssis bunun “Qəbələ” üçün çox faydalı olacağını söyləyib:
 
“Yeni liqanın yaradılması haqqında qərarı ötən həftə almışıq. Şəxsən mən bu təşəbbüsü çox bəyənirəm. Bir mütəxəssis kimi deyə bilərəm ki, U-19 Liqasının və müvafiq yaş qrupu üzrə komandaların yarışının təşkili gənc futbolçuların inkişafına təkan verəcək. Öz təcrübəmdən bilirəm ki, akademiyanı bitirən 17 yaşlı gənclər klubların əsas və əvəzedicilərdən ibarət komandalarına düşməkdə çətinlik çəkirlər. Onlar peşəkar kollektivlərdə 20-21 yaşlılarla rəqabətə davam gətirə bilmirlər. Onların hazırlıq səviyyəsi peşəkar liqalarda oynamağa imkan vermir. Amma bundan sonra bu sahədə problem olmayacaq. 
 
“Qəbələ” U-19 komandasının heyəti akademiyanın 17 yaşlı futbolçularından və əvəzedicilərdə çıxış edən gənclərdən təşkil olunub. Yeni komanda hələlik həftədə bir dəfə olmaqla məşqə çıxır. Bu kollektivin yaradılmasının bir üstünlüyü də ondadır ki, burada həm akademiyanın, həm də əvəzedicilərin üzvləri oynamaq imkanı əldə edirlər. Çempionata gəlincə, məni maraqlandıran əsas məsələ mükafat deyil, futbolçularımızın daha çox oynamasıdır. Çempionat oyunlarının Bakıda keçirilməsinə gəlincə, bir qədər çox məsafə qət etməli olacağıq. Amma futbolçularımın təcrübə toplaması naminə, eybi yoxdur, bu əziyyətə qatlaşmağa hazıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.