11 mart 2013 15:50

Şəfa stadionunda da kameralar quraşdırıldı

“İnter” “InStat Football” şirkətilə fəal əməkdaşlığını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu futbolun sistemli və dərin analizində ixtisaslaşan bu şirkətlə artıq iki ildir əməkdaşlıq edir.
 
“InStat Football” dünyanın 20-dən artıq futbol turnirini araşdıran beynəlxalq innovasiya şirkətidi. Bu şirkət sayəsində futbol klubları təkcə komandaları haqqında deyil, həmçinin bütün rəqibləri barədə də müfəssəl məlumatlar alır.
 
“İnter”in “InStat Football” şirkətilə əməkdaşlığı 2011-ci ilə təsadüf edir. Ötən müddət ərzində şirkət bu komandanın keçirdiyi bütün oyunların ətraflı xarakteristikasını təqdim edir. İndi isə tərəfdaşlıq yeni səviyyəyə keçir. Belə ki, “Şəfa” stadionunda xüsusi kameralar quraşdırılıb və  bu kameralar sayəsində futbolçuların fiziki aktivliyinin və göstəricilərinin ətraflı analizini əldə etmək mümkün olacaq. Qeyd edək ki, futbolçuların kilometrajının və aktivliyinin  hesablanması klubun hər ev matçında həyata keçiriləcək.
 
Əlavə edək ki, 2007-ci ildə təsis edilən “InStat Football” şirkətinin tam olmayan 5 il ərzində 70-dən çox klubla əməkdaşlıq münasibətləri var. Şirkət Moskva şəhərində yerləşir, tərəfdaşları Hollandiyada, Rumıniyada, Braziliyada, Sloveniyada, Çex Respublikasında və digər ölkələrdə fəaliyyət göstərirlər. “InStat Football” şirkəti Müstəqil Dövlətlər Birliyi ölkələrində və Şərqi Avropa ölkələrinin əksəriyyətində peşəkar futbol analizi bazarında liderdir. Şirkət biznesini Qərbi Avropa, Asiya və Amerika ölkələrində də fəal şəkildə genişləndirir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.