12 mart 2013 17:29

Foqts: O, davranışı ilə öz istedadını puç edir

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts azerisport.az-a müsahibəsində komanda oyunçularının vəziyyəti, son vaxtlar tez-tez işlənən kəlmə haqda fikrini bildirməklə yanaşı, Kamran Ağayevin komandaya çağırılmasına da aydınlıq gətirib.
 
- Kifayət qədər uzun müddət idi ki, Azərbaycanda yox idiniz. İşləriniz necədir?
- Əgər burdayamsa, demək hər şey yaxşıdır.
 
- Lüksemburq və Portuqaliya ilə oyunlara toplanış planları barədə tam müəyyənləşmisinizmi?
- Bəli. Qarşıda kifayət qədər çox işimiz var və bu, daha çox bəzi oyunçuların formada olmaması ilə bağlıdır. Komandanı bu iki oyuna yaxşı hazırlamaq lazımdır. Belə ki, Lüksemburq bizə boşuna xallaq verməyəcək. Portuqaliya isə, Portuqaliyadır.
 
- Neçə xal yığmaq istərdiniz?
- Bu sula uzun-uzadı cavab vermək istəməzdim. Çünki proqnozlarla məşğul olmağı sevmirəm. Xatırlayırsınızsa, ötən təsnifat mərhələsində biz səfərdə Qazaxstana məğlub olmuşduq. O zaman hamı bizdən qələbə gözləyirdi. Biz sadəcə daha çox xal yığmağa çalışacağıq.
 
- Bilirsinizmi, azərbaycanlı futbolçular son vaxtlar hansı kəlməni tez-tez dilə gətirirlər?
- Yox.
 
- “Foqts məni görmür”...
- Bunu kim deyib?
 
- Xüsusilə, Asif Məmmədov...
- Yığmada oynamaq istəyi azdır. Bu haqqı qazanmaq lazımdır. Biz “Rəvan” ya “Turan”a qarşı oynamırıq. Beynəlxalq səviyyədə futbol daha çevik, sürətlidir. Yığmada oynamaq üçün stabil, keyfiyyətli oyun göstərmək lazımdır. Daha mütəmadi olaraq bir-iki qolla “partlamaq” və hər hansı tələb irəli sürmək lazım deyil. Ştefan Kisslinq bu mövsüm çoxlu qol vurub, ancaq yığmada yoxdur. Bilirsiniz niyə? Çünki bu haqqı qazanmayıb.
 
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Araz Abdullayevi komandanın heyətinə çağırmadığınıza kifayət qədər tənqidi yanaşıb.
- Mən Hacıyevin sözlərini şərh etmək istəmirəm. O, bəzən özünə belə mülahizələri rəva bilir. Ancaq soruşduğunuz üçün cavab verirəm: Araz - yaxşı futbolçudur və onun istedadı var. Bu gün o “Bakı”nın qapısına gözəl qol vurdu. Ancaq yaxşısı budur, Böyükağa Hacıyevdən soruşun, nə üçün onu daimi olaraq oyuna buraxmırdı? Avropa Liqasında Abdullayev çox az vaxt keçirdi. Hər oyunda 12-13 dəqiqə. Araza hələ üç il qabaq şans vermişdim. O zaman Hacıyev hətta Arazı bir oyunçu kimi tanımırdı, onun adını düz yaza bilmirdi. Ancaq sonra Araz yığmada oynamaqdan imtina etdi. Testlərdən keçməyə imtina etdi. Niyə? Araz bunun cavabını məndən yaxşı bilir.  Bununla belə, yığmanın qapıları onun üçün açıqdır. Araz davranışı ilə öz istedadını puç edir.
 
- Kamran Ağayev özünə klub tapıb, ancaq hələ oynamayıb. Buna baxmayaraq, yığmaya dəvət alıb. Niyə?
- Ölkənin ən yaxşı qapıçılarındandır. “Bakı”da nəyə görə oynamaması mənə maraqlıdır. Ehtiyatda oturacaqdısa, nə üçün onu alırdılar? Xasiyyəti mürəkkəbdir? “Bakı”da bunu bilirdilər. Onda lamaya bilərdilər.
 
- Onun Mart görüşlərində oynamaq şansı var?
- Yığmaya üç qapıçı çağırmışam. Kim daha yaxşı çalışsa, o da oynayacaq.
 
- Son vaxtlar bir çoxları portuqaliyalı futbolçular Azərbaycanla oyunun vacibliyi barədə danışırlar. Görünür, onlar döyüşkənliyə kökləniblər. Bütün bunlar sizi narahat edir?
- Mənə Portuqaliya yığmasının oyunçularının mülahizələri maraqlı deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.