12 mart 2013 17:38
Qəbələ İnteri, Kəpəz AZAL-ı məğlub yola saldı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 23-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
Kəpəz – AZAL üzərində qələbəyə sevinib. “Qəbələ” isə “İnter”i məğlub yola salıb.
Əvəzedicilərin çempionatı
23-cü tur
12 mart
Kəpəz – AZAL – 2:0
Qollar: Ravil Müslümov, 29, Şikar Abbasov, 85.
Qəbələ - İnter – 2:1
Qollar: Amil Yunanov, 6, Rey Məmmədbəyli, 42 - Mirsahib Abbasov, 49.
