12 mart 2013 17:45
Emin Quliyev: Bunun nəticəsini gördük
“Xəzər Lənkəran”ın məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 23-cü turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun haqqında çox danışmayacam. Bu gün əsas heyətdə bir çox itkilərlə çıxmışdıq. Oyunda bunun nəticəsini gördük”.
