12 mart 2013 17:54
“Hər oyuna qələbə əzmi ilə çıxmağımız da əlavə psixoloji yükdü”
“Rəvan”ın baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının 23-cü turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna fəal başladıq. Turnir cədvəlindəki mövqeyimiz bütün oyunlarda qalib gəlməyə sövq edir. Hər oyuna qələbə əzmi ilə çıxmağımız da əlavə psixoloji yükdü. Heyətdə dəyişiklik etdikdən sonra oyunda üstünlüyü ələ aldıq və qələbə qazandıq”.
