12 mart 2013 18:08
“Əsas hədəf xal almaqdı”
"Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov AZAL-la keçiriləcək oyunla bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, çalışdırıcı sabahkı matç üçün qarşıya qoyulan məqsəddən danışıb:
"İstəyirik ki, "Simurq"la oynadığımız futbolu AZAL-a qarşı görüşdə də ortaya qoyub, layiqincə mübarizə aparaq. Hələ bir az da yaxşı oynamaq məqsədimizdi. Xalımız çox azdı. Rəqiblərimiz bizdən öndədi. Bununla belə "altılıq"da vəziyyətimizi yaxşılaşdırmaq fikrindəyik. Sabah məğlub olmaq istəmirik. Qələbə qazansaq, sevinərik. Əsas hədəf xal almaqdı".
Mahmud müəllim qarşıdakı oyunun çətin olacağını bildirib. Bunu rəqibin AZAL olması ilə əsaslandırıb: "Rəqib güclüdür. Üstün tərəfləri heyətdə yaxşı futbolçuların olması və komandanın sürətli oynamasıdır. Xüsusən də əks-hücumlar zamanı meydanda daha sürətli hərəkət edirlər. Heyət çoxdan komplektləşib və oyunçular bir-birlərinə uyğunlaşıblar".
