12 mart 2013 18:25
Bojidar Bandoviç: Daha çox qol vura bilərdik
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 23-cü turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun bizim üçün xüsusi, bir o qədər də çətin oldu. Son bir ay ərzindı oynadığımız oyunlarda uğurlu nəticələr əldə etdik. İlk dəqiqələrdən yaxşı oyun göstərdik, qol imkanlarımız oldu. Araz Abdullayev hissənin sonunda qapımıza qol vurdu. İkinci hissədə qapıya 8 zərbəmiz oldu, 11 metrlik cərimə zərbəsi qazandıq, qapı tirindən dönən topumuz oldu və gözəl qol vura bildik. Oyunda qalib gələ biləcəyimizi düşünürəm. Daha çox qol vura bilərdik. Külək də müəyyən qədər oyuna təsir etdi. Futbolçularımı bu nəticə ilə təbrik edirəm. Azərbaycan milli komandasına qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
