12 mart 2013 19:26
Qurban Qurbanov: Qırmızı vərəqə daha çox Simurqun işinə yaradı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 23-cü turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Gözəl oyun oldu. İlk hissədə bir neçə qol imkanından istifadə edə bilmədik. Qırmızı vərəqə daha çox “Simurq” klubunun işinə yaradı. Çünki, müdafiəyə çəkilib daha diqqətli oynamağa başladılar. Bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşacağıq”.
