12 mart 2013 19:32
Georgi Çixradze: Qarabağla oyuna yaxşı hazırlaşmışdıq
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 23-cü turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçular əzmkar oyun göstərdi. Bu əzmkar oyun bizə qələbə qazandırdı. Komanda bütün tapşırıqları düzgün yerinə yetirdi”.
