12 mart 2013 20:02
Qəbələ Moldova turnirinə qələbə ilə start verdi
Ötən gün 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək turnirdə iştirak üçün Moldovanın Tiraspol şəhərinə yollanan "Qəbələ"nin U-15 komandası bu gün sözügedən ölkədə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Ukrayna "Sevostopol"u ilə qarşılaşan təmsilçimiz rəqibini 2:1 hesabilə məğlub edib.
Komandamıza qələbə gətirən qollara ilk yarıda Kənan Rəfiyev və Elvin Dəmirov imza atıb. Gərgin keçən matçın 2-ci yarısında komandamızın iki futbolçusu qirmızı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq "qırmızı-qaralar" dramatik qarçılaşmada sonadək qələbə hesabını qoruya biliblər.
“Qəbələ” turnirdə ikinci oyununu sabah - martın 13-sə keçirəcək. Sözügedən görüşdə "Qəbələ" yerli "Şerif-99" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.
