12 mart 2013 11:12
Yığmamız yunanları üç qolla məğlub etdi
Yunanıstanda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Xalkida" komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qələbə qazanıb.
Yunanıstan təmsilçisinin qapısından topları Vüqar Əlibabayev, Renat Ağaverdiyev və Mahir Mədətov keçirib.
