12 mart 2013 11:34
Azərbaycanın növbəti rəqibi Rusiya oldu
Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız Aysun Əliyevanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.
Yığmamız turnirdə növbəti oyununu martın 13-də, saat 11:30-da Rusiya komandasına qarşı keçirəcək.
