13 mart 2013 00:16
Tağızadə federasiya prezidenti seçildi
İctimai Futbol Təşkilatları İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, gündəlik məsələlərin müzakirəsindən sonra İFT-nin prezidenti vəzifəsinə seçki keçirilib və Elxan Tağızadə növbəti müddətə İctimai Futbol Təşkilatları İctimai Birliyinin rəhbəri seçilib.
