12 mart 2013 12:27

Pərdis Fərcad-Azad: Ümid edirəm ki, yığmanın da heyətində fərqlənə biləcəm

“Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azadın azerisport.az saytına müsahibəsi
 
- “Turan” üzərindəki möhtəşəm qələbədən sonra əhvalınız necədi?
- Mən çox şadam ki, bu oyunda dörd qol vurmağa nail oldum. Amma hər şeydən önəmlisi odu ki, bu qollar komandama fayda gətirdi.
 
- Heç buna qədər bir oyunda dörd qola imza atmışdınız?
- Xeyr. Əvvəllər heç vaxt poket etməmişdik. Het-trik olmuşdu, amma poker ilk dəfədi.
 
- Demək olar ki, “Turan”la oyunda asan bir qələbəyə imza atdınız?
- Asan qələbə qazandığımızı deməzdim. Əlbəttə, ilk qoldan sonra artıq oynamaq bir qədər asanlaşdı. Amma ikinci qoldan sonra daha da ürəkləndik. Ümumiyyətlə, ilk qola qədər həmişə çətin olur.
 
- Fasilədən sonra tam sakitləşdiyiniz diqqət çəkirdi. Rəqibə artıq qol vurmaq istəmirdiniz?
- Niyə ki? Sadəcə, komanda hücuma o qədər də böyük qüvvə ilə keçmirdi. Mən elə ilk yarıda hətta beşinci qolu da vura bilərdim. Amma alınmadı. Həm də psixoloji cəhətdən artıq başa düşürsən ki, rəqib 4:0-dan sonra nəsə edən deyil. Ona görə əlavə güc sərf etmək istəmirsən. Hər şeyə rəğmən, yenə çalışırdıq qol vuraq. Lakin alınmadı.
 
- Bu qollar sizi bombardirlər yarışında öndə olan ilk azərbaycanlı futbolçuya çevirdi (Azad Salif Ballo ilə vurduğu 9 qolla birgə üçüncü yeri bölüşür – azerisport.az) . Bundan xəbəriniz var?
- Bəli. Bu, çox xoşdu. Ümid edirəm ki, bundan sonra daha çox qol vura biləcəm. Bildiyim qədərilə son illərdə heç kim bir oyunda beş qol vura bilmir. Çalışacağam ki, bunu mən edim (gülür).
 
- Bunun üçün sizin hesabınızda doqquz oyun var...
- Çalışmalıyam.
 
- Sizi yenidən yığmaya dəvət ediblər. Qarşıdan isə Lüksemburq və Portuqaliya ilə iki rəsmi oyun var...
- Yığmanın çox çətin və vacib görüşlər gözləyir. Hesab edirəm ki, bizim Lüksemburq üzərində qələbə qazanmağa əla şansımız var. Portuqaliyaya gəlincə, rəqibin səviyyəsi bəllidi. Çox ağır olacaq. Fikrimcə, yığmamız ən yaxşı oyununu göstərsə, bu oyunda da nəyəsə ümid etmək olar.
 
- Yəqin ki, poker etməyiniz Berti Foqtsun da diqqətindən yayınmayacaq...
- Ümid edirəm. Hazırda yaxşı formadayam. Keçən dəfə mənim kiçik zədəm vardı. Ona görə normal hazırlaşa bilməmişdim. Amma son həftələrdə yaxşı forma yığmışam. Ümid edirəm ki, yığmanın da heyətində fərqlənə biləcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.