12 mart 2013 12:56
AFFA elita klublarına cəza kəsdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
7 mart 2013-cü il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Kubokunun 1/4 final “Neftçi” – “Simurq” matçının 72-ci dəqiqəsində “Simurq”un futbolçusu Mario Bojiç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Matç başa çatdıqdan sonra “Simurq”un futbolçuları tərəfindən stadionun bir neçə inventarı sındırıldığı üçün “Simurq” dəymiş zərərə uyğun olaraq “Neftçi”nin təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
7 mart 2013-cü il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Kubokunun 1/4 final “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
7 mart 2013-cü il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Kubokunun 1/4 final “Xəzər Lənkəran” – “Rəvan” matçının 80-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Nikolay Orlovski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
