12 mart 2013 13:18
AFFA klub prezidentini cərimə etdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan Birinci Divizionun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
5 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XV turunun “Lokomotiv” – “Tərəqqi” matçında “Lokomotiv”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
10 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XVI turunun “Bakılı” – “Tərəqqi” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
10 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XVI turunun “Qaradağ Lökbatan” – “Göyəzən” matçında “Göyəzən”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
10 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XVI turunun “Ağsu” – “Neftçala” matçında “Neftçala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Matçın 90+3-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Musa Rəhimov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Neftçala”nın futbolçusu Hafiz Əliyev hakimə qarşı qeyri-etik hərəkət etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. “Neftçala”nın məşqçisi Ceyhun Hüseynov hakimi təhqir etdiyinə görə məşqçi 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. “Neftçala”nın prerzidenti Famil Səfiyev icazəsiz hakimlər otağına daxil olduğuna görə klub 200 manat cərimə olunub.
