12 mart 2013 13:55

“Mövsümü yeddinci pillədə tamamlaya bilərik”

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Sumqayıt” Futbol Klubu böyükhesablı qələbə qazanaraq (4:0) turnir çədvəlində 9-cu pilləyə yüksəldi. Azerisport.az xəbər verir ki, “Turan”la qarşılaşmada 4 qol vuraraq “poker”ə imza atan Azərbaycan əsilli hücumçu Pərdis-Fərcad Azad klubun rəsmi saytına müsahibə verib.
 
- “Turan” üzərindəki böyükhesablı qələbə barəsində nə deyə bilərsən?
- İki həftə əvvəl “Turan”a minimal hesabla məğlub olmuşduq. Revanş almağı çox istəyirdik. Qarşılaşmadan əvvəl bütün kollektiv qələbə sözü vermişdi. Təəssüf ki, məğlub olduğumuz əvvəlki görüşdə mən vərəqə cəzası səbəbindən meydana çıxa bilməmişdim. Qeyd edim ki, həmin qarşılaşmada da “Sumqayıt” rəqibindən üstün oynamışdı, lakin sonda meydanı məğlub tərk etmişdi. Bu qarşılaşmada erkən vurduğumuz iki qol bizə çox kömək etdi. Ardınca yaratdığımız bir neçə qol epizodları komandada özünə inamı bir qədər də artırdı. Hesab 4:0 olandan sonra isə oyunun taleyi həll olundu. Sevindirici haldır ki, komandamız oyunun sonuna qədər nəzarəti əlində saxladı. Hətta ikinci hissədə fərqi artırmaq üçün bir neçə real imkan da yaratdıq.
 
- Oyundan əvvəl 4 qol vuracağına inanırdınmı?
- Mən bir müddət idi ki, qol vura bilmirdim. Sonuncu dəfə 2012-ci ilin dekabrında “Rəvan”la qarşılaşmada fərqlənmişdim. Hazırda yaxşı formada olduğum üçün qol vurmağı çox istəyirdim. Amma bir oyunda 4 qol vuracağım ağlıma belə gəlməzdi. Mənim üçün bir görüşdə 4 qol vurmaq əsas deyil, əsas olan komandanın 3 xal qazanmasıdır.
 
- Karyeran ərzində “poker” etdiyin oyun olubmu?
- Yox, bu mənim karyeramda bir ilkdir. Yalnız 2007-ci ildə “FC Carls Zeiss Jena”nın əvəzedici komandasında het-trik etmişdim. Fürsətdən istifadə edib, mənə qol ötürmələrini edən oyundaşlarıma təşəkkür edirəm. Bu komanda qələbələrə layiqdi.
 
- “Sumqayıt” Futbol Klubunun Premyer Liqanın final mərhələsindəki əsas məqsədi nə olacaq. Sənin fikrincə komanda mövsümü hansı pillədə tamamlayacaq?
- Bizim olduqca döyüşkən komandamız var. Rəqibdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. Bəzən təcrübəsizliyin qurbanı olduğumuzu bilirik. Lakin zaman keçdikcə komandadakı irəliləyiş açıq-aşkar sezilir. Düşünürəm ki, Premyer Liqada mövsümü 7-ci pillədə tamamlaya bilərik. Bunu reallaşdırmaq üçün potensialımız da var.
 
- Qarşıda A milli komandamızı Lüksenburq və Portuqaliya yığmaları ilə çətin görüş gözləyir. Bu oyunlarda seçmə komandamız hansı nəticə qazana biləcək?
- İlk öncə yenidən A milli komandanın heyətinə dəvət aldığımız üçün özümü xoşbəxt hiss edirəm. Bəli, bizi qarşıda olduqca çətin iki qarşılaşma gözləyir. Buna baxmayaraq, Azərbaycan millisi istənilən rəqibdən xal almağa qadirdir. İnşallah, hər iki görüşdə uğurlu nəticə qazanıb azarkeşlərimizi və xalqımızı sevindirərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.