12 mart 2013 14:16

Cavid Hüseynov: Oyundan sonra ona yaxınlaşıb, üzr istədim

“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
 
- “Neftçi” ilə oyundan nə gözləyirsiz?
- İki prinsipial rəqibin qarşılaşmasıdı. Hər ikisi qələbə qazanmaq istəyir. Bu, bizə daha çox lazımdı. Maraqlı və sürətli oyun olacaq.
 
- Sizin üçün isə bu oyun ikiqat maraqlı olmalıdı...
- Hə. “Neftçi” mənim sabiq komandamdı. Amma mənim bu klubla heç bir problemim yoxdu. Sadəcə, digər oyunlarda olduğu kimi, bu görüşdə də özümü göstərmək istəyirəm.
 
- İlk altılığın sonuncusu olan “Bakı” cari mövsümdə nəyə ümid edir?
- Biz ilk altılığa vaxt keçirmək üçün çıxmamışıq. Liderlərdən geri qalsa da, hər oyunda xal toplamağa çalışacağıq. Sonda necə olacağını zaman göstərəcək.
 
- “Rəvan”la oyunda maraqlı bir epizod yaşandı. Siz meydanı tərk edəndə Junior sizə yaxınlaşıb əlini uzatdı, amma siz ona arxanızı çevirib getdiniz...
- Mən əvəzlənəndə hesab bizim xeyrimizə deyildi. Şübhəsiz ki, buna görə məyus idim. Heç o vaxt mənə kimin yaxınlaşdığına, toxunduğuna baxmırdı da. Amma bu, mənim səhvim idi. Xoşagəlməz epizod idi. Oyundan sonra ona yaxınlaşıb, üzr istədim.
 
- Komandaya çox tez uyğunlaşdığınız...
- Bu yöndə problem olmadı. Mən ki başqa ölkəyə getməmişəm. Gördüyünüz kimi, baş məşqçi də mənə güvənir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.