13 mart 2013 02:07
Berti Foqts Azərbaycanla bağlı sərgidə (VİDEO)
Xəbər verdiyimiz kimi, martın 6-dan 10-dək Almanyanın paytaxtı Berlində "İTB Berlin 2013" Beynəlxalq Turizm Sərgisi keçirilib. Azerisport.az xəbər verir ki, sərgidə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti geniş tərkibdə iştirak edib. Adıçəkilən sərgidə Əbülfəs Qarayev və futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan barədə danışıb, forum iştirakçılarının suallarını cavablandırıblar.
