12 mart 2013 14:34
AFFA-dan AZAL və Turana texniki məğlubiyyət
AFFA İntizam Komitəsi 7 oyuna görə klublara texniki məğlubiyyət verib. Azerisport.az xəbər verir ki, bunlardan biri cəzalı futbolçunun meydana çıxması səbəbindən verilib.
Belə ki, U-17 Liqanın “Kəpəz” – AZAL matçında qonaq komandanın futbolçusu Fərid Saidov cəzalı olduğu halda matçda iştirak edib. Bu səbəbdən AZAL-a 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Turan”ın U-16 komandası “Xəzər Lənkəran”, U-15 komandası “Neftçi” ilə oyunda iştirak etmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.
U-13 Liqada “Bakı 008″ AZAL-la “Sumqayıtspor” İOEUGİM-lə, U-11 liqasında ŞKGB “Xızı” ilə, U-14 liqasında isə “Binə” “Rəvan”la oyunda iştirak etmədiyindən onlara 0:3 hesablı texniki məğlubiyyət verilib. “Binə” oyunlara 3 dəfə gəlmədiyi üçün yarışlardan kənarlaşdırılıb.
