13 mart 2013 02:28
Kəpəz məşqləri tamamladı
Premyer Liqanın 23-cü turunda AZAL-ı qəbul edəcək “Kəpəz” ötən gün oyunun keçiriləcəyi "Dalğa Arena"da matç öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi saat 12:00-da başlayıb və 45 dəqiqə sürüb. Yükləmələrdən azad olan futbolçular əsasən toplu çalışmalar üzərində işləyiblər. Komanda üzvləri məşqin sonunda qapıya doğru zərbələr endiriblər.
