12 mart 2013 14:56
Berti Foqts və köməkçiləri Premyer Liqa oyunlarında
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Bakı"nın Təlim-Məşq Bazasında keçiriləcək "Bakı" - "Neftçi" oyununu canlı izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda o da bildirilir ki, millinin qapıçılar üzrə məşqçiləri Uli Ştayn və Etibar Tarıverdiyev isə Bayıl stadionunda "Rəvan" - "Xəzər Lənkəran" qarşılaşmasını izləyəcək.
