12 mart 2013 15:15
Berti Foqts yığmamızı 10 məşqə çıxaracaq
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının martın 13-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışı başlayacaq. Azerisport.az xəbər verir ki, artıq komandamızın hazırlıq planları da açıqlanıb.
Bu barədə AFFA məlumat yayıb. Millinin məşq cədvəlini diqqətinizə çatdırırıq:
13.03.2013
Saat 15:45
14.03.2013
Saat 10:30; 16:15
15.03.2013
Saat 10:30; 16:15
16.03.2013
Saat 10:30
18.03.2013
Saat 10:30; 16:15
19.03.2013
Saat 10:30; 16:15
Qeyd edək ki, bütün məşqlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək və mətbuat üçün açıq olacaq.
