12 mart 2013 15:57
Cüneyt Biçər: Əcnəbi məşqçilər elə bilirlər ki, Azərbaycanda işləmək asandı
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Cüneyt Biçər cənub klubunun Con Bencamin Toşaka tapşırılmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bir çox əcnəbi məşqçilər elə bilirlər ki, Azərbaycanda işləmək asandı. Amma bu, belə deyil. Azərbaycan çempionatı çox müasirləşib. Burda uğur qazanmaq çox çətindi. “Xəzər Lənkəran” yaxşı mütəxəssislə anlaşıb. Amma Toşakın Lənkəranda nəyə nail olacağını heç kim proqnozlaşdıra bilməz. Mən də orda işləmişəm. Ona görə də bu komandanın uğur qazanmasını eşitmək istərdim”.