13 mart 2013 17:19
Lüksemburq - Azərbaycan oyununun hakimləri bəlli oldu
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də, Lüksemburq şəhərində keçiriləcək Lüksemburq - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən görüşü İrlandiyadan olan hakimlər idarə edəcəklər.
Bütövlükdə isə, yığmamızın qarşıdakı oyununa təyinatlar belədi:
Baş hakim: Padraigh Sutton
Baş hakimin köməkçiləri: Ciaran Delaney, Dermot Broughton
Dördüncü hakim: Neil Doyle
(Hakimlər briqadası İrlandiyadandır)
Hakim-inspektor: Marcel Vanelshocht (Belçika)
Komissar: Volfqanq Thierrichter (Avstriya)
