13 mart 2013 17:27
Ramiz Məmmədov: Mövsümün sonunda bəzi futbolçular komandadan göndəriləcək
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 23-cü turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hər oyunda 5-6 qol epizodumuz olur. Lakin istifadə edə bilmirik. Mövsümün sonunda bəzi futbolçular komandadan göndəriləcək. Qarşıda oyunlarımız var. Avrokuboklara qatılmaq şanslarımız bitməyib”.
