13 mart 2013 17:38
“Bizim üçün çox da rahat oyun olmadı”
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 23-cü turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Nəticə bizim üçün çox vacib idi. Bizim üçün çox da rahat oyun olmadı. “Kəpəz” oyundan-oyuna inkişaf edir. Qarşılaşma başlayan kimi erkən qol vurduq, lakin 2-ci hissədə futbolçular arxayınlaşdılar. Qələbə qazandığımız üçün şadam”.
