13 mart 2013 18:55

Rəşad Eyubov: Qarabağla oyunda hər şey edə bildim

“Simurq”un müdafiəçisi Rəşad Eyubovun azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”la oyun haqda nə deyə bilərsiz?
- Ağır oyun oldu. “Qarabağ” çox güclü komandadı. Onlar topla yaxşı davranırlar. Bu üzdən də bizə çox çətin oldu. Amma nəticə bizim üçün ürəkaçan alındı.
 
- Bu, “Simurq”un 2013-cü ildə ilk qələbəsi oldu...
- Qələbə qazanmaq bizim üçün çox vacib idi. Bu, psixoloji cəhətdən də az əhəmiyyət daşımırdı. Bizim öz hədəflərimiz var. Bu üç xal bizə çox kömək edəcək.
 
- Amma “Qarabağ” bu oyunda heç də özünə bənzəmirdi...
- Biz ona görə qələbə qazandıq ki, rəqibi yaxşı analiz etmişdik. Baş məşqçimiz Georgi Çixradze rəqibi necə saxlamaq lazım olduğunu başa salmışdı. Onlara oynamaq imkanı verməməliydik. Oyunboyu meydanın rəqibə aid hissəsində pressinq tətbiq etməliydik. Bu tapşırıqları yerinə yetirməklə istəyimizə çata bildik.
 
- Qələbəni isə məhz sizin vurduğunuz qol gətirdi...
- Əlbəttə, qol vurduğuma görə şadam. Bu, həm də mənim ilk qolum idi. Amma görüşün sonunda gələn qırmızı vərəqə hər şeyi korladı.
 
- Demək olar ki, bir oyunda hər şeyi edə bildiniz...
- Bəli, elə alındı (gülür).
 
- “Simurq” bu mövsüm nəyə ümid edir?
- Bizim əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı. Hər şey öz əlimizdədi. Bizim hələ digər əsas rəqiblərimizlə də oyunlarımız qalır. İndiki kimi oynamağa davam etməliyik.
 
- Medal qazanmaq şanslarınızı necə qiymətləndirirsiz?
- Hər şey növbəti oyunlardan asılıdı. Öz gücümüzə əminlik lazım olan səviyyədədi. Neçənci yeri tutmaq o qədər də fərq etmir. Əsas odu ki, avrokuboklara düşək.
 
- Komandanın kapitanı Rasim Ramaldanovla bağlı yaranan qalmaqala münasibətiniz necədi?
- Şərhsiz! Bu haqda danışmaq istəmirəm.
 
- Yığmanın oyunları ilə bağlı çempionatda fasilə yaranacaq. Nə kimi planlarınız var?
- Zaqatalada toplaşacağıq. Yoldaşlıq oyunu planlaşdırırıq. Amma kimlə oynayacağımızı mən bilmirəm. Çalışacağıq “Bakı” ilə oyuna yaxşı hazırlaşaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.