13 mart 2013 19:17
Rauf Əliyev Berti Foqtsun qəzəbinə tuş gəldi
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın hücumçusu Rauf Əliyev millimizin baş məşqçisi Berti Foqtsu əsəbləşdirib. Azerisport.az xəbər verir ki, milliyə dəvət olunan futbolçu təyin olunan vaxtda AFFA-nın binasının önündə olmayıb.
Belə ki, bu gün bir araya gələn yığmanın üzvləri AFFA-nın binasında toplaşaraq, məşq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionuna yollanıblar. Lakin görüş yerinə gecikən Rauf birbaşa stadiona yollanmağa qərar verib. Stadionda komanda yoldaşlarını gözləyən Əliyev Foqtsun qəzəbinə tuş gəlib. Alman çalışdırıcı futbolçudan bundan sonra təyin olunan yerə vaxtında gəlməyi tələb edib.
Faktı Əliyev də saytımıza açıqlamasında təsdiqləyib: “Mən tıxaca düşdüm. Buna görə AFFA-ya lazım olan vaxtda çata bilmədim. Foqts gecikməyimin səbəbini soruşdu, mən də danışdım. Baş məşqçi bir də belə halın təkrarlanmamasını tələb etdi”.
