13 mart 2013 12:05
Qurban Qurbanov: Fasilədən yaxşı yararlanmağa çalışacağıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya ilə oyunlarına görə Topaz Premyer Liqasında yaranacaq fasilədən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu fasilədən yaxşı yararlanmağa çalışacağıq. İstirahət etdikdən sonra komandada qalacaq futbolçulara məşqlərə başlayacağıq. Onların arasında zədəlilər də var. Yaxşı hazırlaşmalıyıq. Çünki qarşıda doqquz çempionat oyunumuz var”.

Qeyd edək ki, “Qarabağ” fasilə dövründə yığmaya çağırılan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev, Əfran İsmayılov, Vüqar Nadirov və Vaqif Cavadovun xidmətindən yararlana bilməyəcək.