14 mart 2013 00:24
Əsas mübarizə başladı: əsl güc ortaya çıxır
Bu həftə Topaz Premyer Liqasında final mərhələsinə start verildi. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin ilk turunun oyunları üç gün ərzində keçirildi.
Final mərhələsinin açılış matçı qol şousu ilə əlamətdar oldu. Belə ki, ikinci altılıqda mübarizə aparan “Sumqayıt” “Turan”la ev oyununda 4 cavabsız qolla qələbə qazandı. Vurulan bütün qolların müəllifi isə bir futbolçu oldu – Pərdis Fərcad-Azad. Yığmamızın milliləşən gənc forvardı bu pokeri sayəsində həm bombardirlər yarışında üçüncü pilləyə şərik çıxdı, həm də komandasının turnir cədvəlində vəziyyətini yaxşılaşdırmasına şərait yaratdı.
İkinci oyun günündə autsayderlər qrupunda daha bir görüş baş tutdu. “Rəvan” doğma divarlar arasında “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirdi. Qarşılaşmanın böyük qismi qolsuz keçdi. Lakin hər kəs görüşün qolsuz heç-heçə ilə bitəcəyini düşündüyü bir vaxtda meydan sahibləri penalti vurmaq hüququ qazandılar. Bombardirlər yarışında da fəallardan olan Xuan Manuel Varea bu şansı qaçırmadı və paytaxt klubuna çox vacib qələbə qazandırdı. Nəticədə, “aslanlar” bir neçə gün öncə bu komandaya kubokdakı məğlubiyyətləri unutdurmuş oldu. “Xəzər Lənkəran” isə bu məğlubiyyətlə ikinci altılığın liderliyini əldən verdi.
Buna isə hesabat turunda “Kəpəz”in qonağı olan AZAL-ın qələbəsi səbəb oldu. Vaqif Sadıqovun yetirmələri çempionatın aşkar autsayderini demək olar ki, çətinlik çəkmədən yendi. 3:1 hesablı qələbə “təyyarəçilər”i ikinci altılığın lideri etdi. Mahmud Qurbanovun komandasının uğursuz çıxışı isə davam edir.
İlk altılığın ən prinsipial görüşlərindən biri Bakıda paytaxtın eyniadlı klubu ilə “Neftçi” arasında keçirildi. Bu görüşdə də ilk altılığın liderilə sonuncusu qarşılaşırdı. Amma oyunun özü bunu hiss etdirmədi. Hesabı “ağ-qaralar” açsa da, “Bakı” məğlubiyyətə layiq olmadığını isbatlamağı bacardı. İki dəfə zərbəsi dirəkdən dönən meydan sahibləri bir dəfə də penalti zərbəsini boşa verdilər. Gəldiyi gündən bəri inamlı çıxışı ilə seçilən Marius Pena bu görüşdə də “Bakı”nın dadına çatdı. Baxmayaraq ki, sərgilədiyi oyunla bu komanda qələbəyə də layiq idi.
Daha bir maraqlı görüş Zaqatalada keçirildi. Burda yerli “Simurq” turnir cədvəlindəki qonşusu “Qarabağ”ı qəbul etdi. Görüşün taleyini bir qol həll etdi. Rəşad Eyubovun ilk qolu “Simurq”a çox vacib 3 xal qazandırdı. Amma onun bu uğuruna son dəqiqələrdə aldığı qırmızı vərəqə kölgə saldı. Heç də baxımlı oyun sərgiləyə bilməyən Ağdam klubu bu məğlubiyyətlə liderlərə yaxınlaşmaq şansını boşa verdi.
Son turların iki uğursuz komandası - “Qəbələ” ilə “İnter” də bir-biri ilə üz-üzə gəldi. Görüş qonaqların qələbəsiylə başa çatdı. Ramiz Məmmədovun yetirmələri ardıcıl uğursuzluqlardan sonra çempionluğa əsas namizədlərdən birini büdrətməyə çalışsa da, yenə istəyinə çata bilmədi. Əvəzində çətin səfər qələbəsi “bankirlər”i lider “Neftçi”yə bir az da yaxınlaşdırdı.
Qeyd edək ki, bununla Premyer Liqada yığmamızın oyunları ilə bağlı kiçik fasilə yaranır. Növbəti turun oyunları martın son günlərinə təsadüf edəcək.
Topaz Premyer Liqası
23-cü tur
SUMQAYIT – TURAN - 4:0 (4:0)
Qollar: P.F.Azad, 5 (1:0), P.F.Azad, 8 (2:0), P.F.Azad, 19 (3:0), P.F.Azad, 23 (4:0).
Sarı vərəqələr: Murad Ağakişiyev, 10 (hakimin qərarına etiraz); Dmitri Pospelov, 43 (qeyri-idman hərəkəti); Salif Ballo, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Coşqun Həsənov, Anar Salmanov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
11 mart 2013. Bakı. Bayıl Arena. 300 tamaşaçı.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev (13. Murad Ağayev, 82), 21. Məhəmməd Mirzəbəyov, 76. Can Akgün (17. Emin Cəfərquliyev, 67), 77. Mirzəağa Hüseynpur (11. Sabir Allahquliyev, 76), 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 22. Xəyal Mustafayev, 25. Eldar Cankişiyev.
Baş məşqçi: Bernhard Raab.
Turan: 28. Andrey Popoviç, 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 9. Murad Ağakişiyev (21. Elşad Manafov, 23), 10. Ender Günlü (k), 11. Salif Ballo, 19. Asəf Qədiri (4. Vüqar Bəybalayev, 79), 20. David Janelidze, 23. İrakli Beraya (17. Fərmayıl Əliyev, 59), 25. Antonio Rukavina.
Ehtiyat oyunçular: 27. Natiq Səhrətov, 5. Vasif Rzayev, 7. Azər Məmmədov, 22. Rəşad Hacızadə.
Baş məşqçi: Əfqan Talıbov.
SİMURQ – QARABAĞ - 1:0 (1:0)
Qol: R.Eyubov, 31 (1:0).
Sarı vərəqələr: Aleksandr Şemonayev, 21 (qeyri-idman hərəkəti); Rəşad Eyubov, 28 (simulyasiya); 81 (simulyasiya); David Petrkeviç, 90+3 (oyunun bərpasını gecikdirdiyinə görə) - Vüqar Nadirov, 51 (qeyri-idman hərəkəti); Bədavi Hüseynov, 90+2 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Rəşad Eyubov, 81 (simulyasiya).
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
12 mart 2013. Zaqatala. Şəhər stadionu. 2500 tamaşaçı.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 8. Qərib İbrahimov, 9. Marçin Burhard (28. Nenad Kiso, 65), 10. Zdravko Popoviç (19. Nicat Qurbanov, 83), 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak (7. Ruslan Poladov, 87), 20. Rəşad Eyubov, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 12. Tomislav Buşiç, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı.
Baş məşqçi: Georgi Çixradze.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 7. Namiq Yusifov (55. Bədavi Hüseynov, 70), 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (15. Emeka Opara, 55), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (22. Əfran İsmayılov, 46).
Ehtiyat oyunçular: 12. Osman Umarov, 6. Hacı Əhmədov, 21. Reynaldo Silva, 88. Kristian Torres.
Baş məşqçi: Qurban Qurbanov.
RƏVAN - XƏZƏR LƏNKƏRAN - 1:0 (0:0)
Qol: X.M.Varea, 90-pen (1:0)
Sarı vərəqələr: Mindauqas Kalonas, 18 (simulyasiya); Nikolay Orlovski, 30 (qeyri-idman hərəkəti); Samuel Barlay, 82 (qeyri-idman hərəkəti) - Ağabala Ramazanov, 45+1 (qeyri-idman hərəkəti); Elnur Abdullayev, 56 (qeyri-idman hərəkəti); 74 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 85 (qeyri-idman hərəkəti); Alvaro Silva, 90 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elnur Abdullayev, 74 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
12 mart 2013. Bakı. Bayıl Arena. 300 tamaşaçı.
Rəvan: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 7. Ramil Həşimzadə (17. Ramazan Abbasov, 64), 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 18. Samuel Barlay (22. Tofiq Mikayılov, 85), 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev (11. Anar Hüseynov, 69).
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 9. Vüsal Qarayev, 15. Tural Cəlilov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Ramil Əliyev.
Xəzər Lənkəran: 30. Antonio Doblas, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev (k), 6. Robert Alviz, 7. Sadio Tounkara (11. Dmitrios Sialmas, 81), 8. Eder Bonfim, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 24. Gökhan Güleç (35. Lusiano Olguin, 65), 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç.
Ehtiyat oyunçular: 26. Tərlan Qasımzadə, 17. Kazım Kazımlı, 14. Rahid Əmirquliyev, 21. Radomir Todorov, 42. Kamran Abdullazadə.
Məşqçi: Emin Quliyev.
BAKI – NEFTÇİ - 1:1 (0:1)
Qollar: A.Abdullayev, 43 (0:1), M.Pena, 83 (1:1)
İstifadə olunmamış penalti: Lukas Mario Horvat, 76.
Sarı vərəqələr: Şəhriyar Əliyev, 11 (qeyri-idman hərəkəti); Elvin Əliyev, 24 (qeyri-idman hərəkəti); Lukas Mario Horvat, 76 (qeyri-idman hərəkəti); Aleksandar Soliç, 89 (qeyri-idman hərəkəti) - Flavinyo, 49 (qeyri-idman hərəkəti); Denis Silva Kruz, 75 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 79 (qeyri-idman hərəkəti)/
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elşən Acalov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
12 mart 2013. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1500 tamaşaçı.
Bakı: 82. Edin Nuredinoski, 14. Elvin Əliyev, 29. Əziz Quliyev, 6. İbrahim Karqbo, 25. Şəhriyar Əliyev, 8. Junior Vilson (28. Ferdi Elmas, 78), 10. Lukas Mario Horvat, 88. Cavid Hüseynov (11. Elvin Məmmədov, 58), 7. Deyvidas Çesnauski (22. Risto Ristoviç, 66), 77. Aleksandar Soliç (k), 24. Marius Pena.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 3. Denis İvanov, 19. Nurlan Novruzov, 27. George Popxadze.
Baş məşqçi: Bojidar Bandoviç.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 9. Flavinyo, 10. Julius Vobay (25. Cavid İmamverdiyev, 71/20. Eşqin Quliyev, 90), 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 6. Rəşad Sadiqov (k), 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 4. Tərlan Quliyev, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Böyükağa Hacıyev.
KƏPƏZ – AZAL - 1:3 (0:2)
Qollar: F.Nildo, 17 (0:1), F.Nildo, 29-pen (0:2), V.İbekoyi, 47 (0:3), F.Quliyev, 53 (1:3)
Sarı vərəqələr: Xəyal Zeynalov, 29 (qeyri-idman hərəkəti); Pərvin Paşayev, 37 (qeyri-idman hərəkəti) - Oskar Klava, 41 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Rahil Ramazanov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
13 mart 2013. Bakı. Dalğa Arena. 100 tamaşaçı.
Kəpəz: 16. Xəyal Zeynalov, 2. Cəmşid Məhərrəmov, 4. Məhərrəm Müslümzadə (9. Alan Sotanov, 36), 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 11. Fərid Quliyev (14. Elxan Əzizov, 87), 15. Şahin Kərimov (k), 18. Nikolay Svejentsev, 25. Elgiz Kərəmli, 30. Vladislav Serebryakov (10. Zaur Əsədov, 50), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 3. Samir Hüseynli, 5. Mətləb Məmmədov, 19. Rahimberdı Baltiyev.
Baş məşqçi: Mahmud Qurbanov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 15. Oskar Klava, 3. Usim Nduka (23. Tural Nərimanov, 44), 2. Xuan Fransisko, 20. Branislav Arsenyeviç, 32. Vladimir Boqdanoviç, 6. Tagim Novruzov, 17. Viktor İbekoyi (9. Elşən Məmmədov, 70), 7. Cavid Tağıyev (22. Ruslan Tağızadə, 75), 16. Franko Nildo, 19. Orxan Səfiyaroğlu.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 10. Tərlan Xəlilov, 28. Con Olufemi, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
QƏBƏLƏ – İNTER - 1:2 (0:2)
Qollar: A.Məmmədov, 26 (0:1), Y.Fomenko, 29 (0:2), V.Mendi, 62 (1:2)
Sarı vərəqələr: Viktor Mendi, 40 (qeyri-idman hərəkəti); Daniel Lopes Kruz, 48 (qeyri-idman hərəkəti) - Asif Məmmədov, 62 (qeyri-idman hərəkəti); Fuad Bayramov, 70 (qeyri-idman hərəkəti); Revaz Tevdoradze, 74 (qeyri-idman hərəkəti); Vladimir Levin, 90+1 (qeyri-idman hərəkəti); Ruslan Əmircanov, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, İlham Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
13 mart 2013. Qəbələ. Şəhər stadionu. 1500 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 8. Kristian Pulhak, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan (14. Mustafa Dabo, 78), 15. Omar Kalaban, 23. Şəhriyar Xəlilov (7. Yaşar Abuzərov, 46), 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar (26. Daniel Lopes Kruz, 33).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Luka Zinko, 6. Nikola Valentiç, 21. Elmar Baxşıyev.
Baş məşqçi: Ramiz Məmmədov.
İnter: 74. Revaz Tevdoradze, 5. Slavço Georgiyevski, (4. Valeri Abramidze, 60), 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze (8. Nizami Hacıyev, 73), 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev (24. Fuad Bayramov, 65).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 9. Daniel Genov, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Kaxaber Sxadadze.
|
Neftçi
|
23
|
14
|
3
|
6
|
48-25
|
45
|
|
İnter
|
23
|
12
|
8
|
3
|
26-13
|
44
|
|
Simurq
|
23
|
10
|
9
|
4
|
26-15
|
39
|
|
Qarabağ
|
23
|
10
|
9
|
4
|
30-20
|
39
|
|
Qəbələ
|
23
|
9
|
5
|
9
|
27-29
|
32
|
|
Bakı
|
23
|
6
|
13
|
4
|
25-16
|
31
|
|
AZAL
|
23
|
8
|
8
|
7
|
35-26
|
32
|
|
XL
|
23
|
7
|
7
|
9
|
32-28
|
28
|
|
Sumqayıt
|
23
|
6
|
7
|
10
|
24-39
|
25
|
|
Rəvan
|
23
|
7
|
4
|
12
|
24-36
|
25
|
|
Turan
|
23
|
6
|
5
|
12
|
24-39
|
23
|
|
Kəpəz
|
23
|
2
|
4
|
17
|
13-48
|
10
|
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
13 - Franko Nildo (AZAL)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan)
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).
