13 mart 2013 11:35
Bojidar Bandoviç: Kamran Ağayevin gəlişindən sonra komandada atmosfer dəyişib
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviçin azerisport.az saytına müsahibəsi
- “Neftçi”ni məğlub edə bilməməyinizə nə səbəb oldu?
- Biz yaxşı komandaya qarşı mübarizə aparırdıq. Buna baxmayaraq, çoxlu qol imkanlarımız oldu. Hələ hesab açılmayanda rəqib qapısına penalti təyin olunsaydı, hadisələr tam fərqli cərəyan edə bilərdi. Bizə sadəcə bir qol çatışmadı ki, qələbə qazanacaq. Amma qol buraxandan sonra məğlubiyyətdən qaçmağımız məni sevindirir. Bu, komandanı formalaşdıra bilməyimizdən xəbər verir.

- Ötən il siz vaxt lazım olduğunu deyirdiniz. İndi “Bakı” bir qədər fərqli oynamağa başlayıb. Gözlədiyiniz bu idi?
- Təbii ki, komanda zaman keçdikcə daha yaxşı oynamalıdı. Öz oyunçularıma da, işimə də inanıram. Bu haqda hələ ötən ilin dekabrında rəhbərliklə də söhbətim olmuşdu. Əlbəttə, hələ istədiyimiz nəticələrə tam nail ola bilməmişik. Amma komandanın sərgilədiyi oyun haqda yalnız xoş sözlər söyləmək olar. Çoxları mənim gedəcəyimi düşünürdü. Lakin burdayam və uğur qazanmaq istəyirəm. İndiyə qədər sadəcə “Neftçi” və “İnter”ə qalib gələ bilməmişik. Qalanlarının hamısını məğlub etməyi bacarmışıq.

- Avrokuboklara getmək üçün Premyer Liqada ilk üçlüyə düşməyiniz lazımdı. Amma bu, o qədər də real görünmür. Bu üzdən demək olar ki, “Bakı” bütün gücünü kuboka qoyacaq?
- Xeyr. Mən heç indi kubok barədə düşünmək də istəmirəm. Əlbəttə, bizim kubokakı şanslarımız daha çoxdu. Amma mən indi futbolçularıma onlardan nə istədiyimi başa salmalıyam. Komanda daha yaxşı futbol sərgiləməyə çalışmalıdı. Məsələn, Aqil Nəbiyevin oyunu alındı. Şəhriyar Əliyev daha yaxşı oynamağa başlayıb. Əcnəbilər arasında da sevindirənlər var.

- Qarşıdakı fasilə dövründə nəyə üstünlük verəcəksiz?
- Bir ay ərzində səkkiz oyun keçirdik. Bizim üçün bu, çox böyük göstəricidi. Nəticələrimiz də pis deyil. Amma bu, o demək deyil ki, “Neftçi” ilə heç-heçə ediriksə, buna sevinirəm. Biz bu oyunda iki xal itirdik. Buna baxmayaraq, komanda istirahətə layiqdi. Onu da hamı qazanmayacaq. Bəzi futbolçular yığma komandalara gedəcəklər. Ona görə də tam hazırlıq keçə bilməyəcəm. Yəqin ki, əvəzedici heyətdən də futbolçular çağıracağıq.

- Rauf Əliyev böyük ümidlərlə gətirilsə də, hələ də qol vura bilməyib...
- İki hücumçu ilə oynadığımız oyunlarda Rauf Əliyevin xidmətindən yararlanıram. Mənə bir qədər vaxt lazımdı ki, Raufla taktika üzərində müəyyən problemləri aradan qaldırım. Amma Əliyev də daxil olmaqla bütün yeni futbolçuların komandaya tez uyğunlaşması məni sevindirir.
- Kamran Ağayevi oynatmırsız. Bəs o, niyə alınıb?
- Onun zədəli olduğunu çoxları bilmirdi. Mən ona şans vermək istəyirəm. Bunu növbəti oyunda edəcəm. Zədəsi olmasaydı, çoxdan debüt etmişdi. Ağayev hətta “İnter”lə kubok oyununda meydana çıxmalı idi. Amma həkimlər buna qadağa qoydular. İndi o, yığmaya yollanacaq. Ümid edirəm ki, tezliklə əvvəlki formasını bərpa edə biləcək. Düzdü, hazırda Edin Nuredinoski yaxşı formadadı və bizə az kömək etmir. Amma Kamran da kənarda qalmayacaq. Onun oynayıb-oynamamasından asılı olmayaraq, Ağayev bizim üçün vacib oyunçudu. Gəlişindən sonra komandada da atmosfer dəyişib. Bizə belə oyunçular lazımdı.