13 mart 2013 11:53
Rasim Ramaldanova hansı cəza verilib?
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi, “Simurq”un kapitanı Rasim Ramaldanov cəzalandırılıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi prezident Anar Bəkirova cavab qaytaran futbolçunu iki oyunluq cəzalandırmağa qərar verib.
Bu üzdən o, komandasının son iki oyununda iştirak edə bilməyib. Belə ki, “Neftçi” ilə kubokun cavab qarşılaşmasında, eləcə də “Qarabağ”la çempionat oyununda Ramaldanov iştirak ərizəsinə salınmamışdı.
Bundan sonrakı oyunlarda isə kapitanın sıraya dönməsi gözlənilir.
