14 mart 2013 00:35

“Milli üzvləri etdikləri hər bir hərəkətə fikir verməlidilər”

“Bakı”nın heyətində çıxış edən qapıçı Edin Nuredinoski Azərbaycana gəldiyi ilk gündən azarkeşlərin etimadını qazandı. Azerisport.az xəbər verir ki, son dərəcə mədəni və kübar olan Edin Makedoniya milli komandasının da çərçivə qoruyucusudu. 31 yaşlı kiperin bioqrafiyası olduqca zəngindi. Bu barədə “Toplu”ya danışan makedonun müsahibəsini təqdim edirik:
 
- Yəqin ki “Toplu Bakı” jurnalını izləyirsən?
- Hə, əlimə keçən kimi şəkillərinə baxıram. Uşaqlar üçün maraqlı layihədir.
 
- Demək, müsahibəmizin də məhz uşaqlar üçün maraqlı olmasına çalışmalıyıq…
- (Gülür). Əlbəttə. Onları bu gün çempionatda nələrin baş verməsi  o qədər də maraqlandırmır. Onlar məni tanımaq, karyeramda rastlaşdığım maraqlı hadisələr və əziyyətlər barədə daha çox maraqlanır.
 
- Onda başlayaq uşaqlıq illərindən. O illəri necə xatırlayırsan?
- Mən Skopyedə - paytaxtda doğulmuşam. Əcdadlarım türk əsilli olublar. Lakin biz dini inancımızı saxlasaq da, danışıq dilimiz unudulub. Nadinc uşaq olmamışam. Elə o vaxtdan hamı ilə yola gedən sakit təbiətim var. Valideynlərim evimizin yaxınlığındakı fermada işləyirdi. 7-8 yaşımdan  evdə, demək olar, nəzarətsiz qalırdım. Futbolu çox sevirdim. Mançestr Yunaytedin o vaxtkı qapıçısı Petr Şmeyxeli özümə kumir seçmişdim. Məhəllə uşaqları evə zəng vurub, məni parka futbol oynamağa çağırardılar. Çoxu məndən yaşca böyük olduğu üçün məni qapıya qoyurdular ki, əzilməyim. Elə beləliklə də,  oldum qapıçı.
 
- Bəs “Vardar” a necə yazıldın?
- Bütün günü futbol oynamaqla keçirirdim. Evdəkilər əlimdən bezmişdi. Hər gün qapıda duranda ora-bura yıxılıb topu çıxaranda üst-başım toz, palçıq olurdu. Anam isə evə gələn kimi şikayətlənirdi ki, bu nə vaxt qurtaracaq. Axırda elə qərara gəldilər ki, məni futbola yazdırsınlar ki bu qədər  paltar yumağa da ehtiyac qalmasın. Atam məni “Vardar”a gətirdi. 10 yaşımdan orada məşqlərə başladım. 12 yaşımda klubun   idman gimnaziyasına daxil oldum. 15 yaşımda  boyum hündür olduğundan məni əsas komandaya cəlb etdilər. Çox istedadlı idim.  İlk dəfə 16 yaşımda Makedoniya Superliqasında debüt etdim. Mən klubun tarixində 16 yaş yarımında meydana çıxan ən gənc qapıçı kimi tarixə düşdüm.
 
- Makedoniyada əhalinin 30-35%-i müsəlmanlardır. Hər hansı dini ayrıseçkilik yoxdur ki?
- Keçmiş Yuqoslaviya dini tolerantlığın simvolu idi. Burada müxtəlif xalqlar və dinlərin nümayəndələri qardaş kimi yaşayırdı. Bu dövlət dağılanda bəzi ölkələrdə qismən belə narazılıqlar olmuşdu. Makedoniyada isə belə şeylər yoxdur. Bəlkə də ola bilər. Lakin mən həmişə pozitiv fikirləşirəm. Əgər bir gün milliyə dəvət almaramsa, bunu dini etiqadımla yox, zəif olduğumla əlaqələndirəcəyəm. Tolerantlıq olmasaydı,  mən milli komandanın qapısını qorumazdım. Bizdə yeganə siyasi problem yunanlarladır.
 
- Mili komanda oyunçusu adi klub futbolçusunun heç vaxt keçirmədiyi hissləri yaşayır, xalqını, bayrağını təmsil etdiyi üçün daha məsuliyyətli olur. Sənin üçün milli komandada oynamaq nə deməkdir?
- Mən bir makedon kimi milli komandada oynamağımla fəxr edirəm. Hələ uşaqlıqdan özüm üçün  3-4 arzu tutmuşdum. Onlardan biri milli komandanın formasını geyinmək idi. İlk dəfə 1999-cu ildə Qətər millisi ilə yoldaşlıq oyununda meydana çıxmışam. 25 dəqiqə meydanda oldum. Bütün dostlarım stadionda idi. Elə sevinirdim ki, sanki, məşhur ulduz idim. Adımı stadionda çəkəndə isə az qaldı ağlayam. O vaxtdan milliyə çağrılıram. Çox xoşbəxtəm ki, bu cür tarixi olan qədim bir xalqı təmsil edirəm. Əlbəttə milli futbolçular etdikləri hər bir hərəkətə fikir verməlidir. Mən də öz davranışımda buna çalışıram.
 
- Karyeran ərzində ən yaddaqalan oyunun hansı olub?
- 2010-cu ilin mayında Rumıniya və Makedoniya arasında keçirilən  yoldaşlıq oyununda biz 1:0 hesabı ilə qalib gəldik. Həmin görüşdə mən çox yaxşı oynayıb, qapımdan top buraxmadım. Bu oyunu hər zaman xatırlayıram.
 
- Hansı qapıçıların oyununu bəyənirsən?
- Yaxşı qapıçı özünü stabil oyunu ilə sübut etməlidir. Belə qapıçılar çox azdır. Buffon, Kasilyas və Peter Çexi bəyənirəm. Onlar öz işlərinin ustalarıdır.
 
- “Bakı” futbol klubunda 50-dən çox qapıçı yetişir. Onlara peşəkar futbolçu olaraq hansı tövsiyələrin var?
- Qapıçı - futbolda ən çətin mövqelərdən biridir. Bizim yeniyetmə və gənclərə səbirli, məsuliyyətli olmağı tövsiyə edirəm. Unutmasın ki, onlardan arxada heç kim yoxdur. Qapıda qərar verəndə diqqətli olsunlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.