13 mart 2013 12:42
Simurq martın 18-də bir araya gələcək
“Simurq” istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Topaz Premyer Liqasının 23-cü turunun “Qarabağ”la oyunundan (1:0) sonra futbolçulara istirahət verməyə qərar verib.
Komanda üzvləri martın 18-də bir araya gələcəklər. Məhz həmin tarixdən etibarən Zaqatala klubu “Bakı” ilə növbəti turun oyununa hazırlıqlara başlayacaq.
Qeyd edək ki, “Simurq” hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
