13 mart 2013 13:17
Azərbaycan 20 futbolçu ilə başladı
Bu gün futbol üzrə Azərbaycan yığmasının Bakıda təşkil olunan təlim-məşq toplanışına start verilib. Azerisport.az xəbər verir ki, komandamız baş məşqçi Berti Foqtsun rəhbərliyi altında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq (22 mart) və Portuqaliya (26 mart) ilə oyunlara hazırlaşır.
Yığmamız hazırlıqlara hələlik aşağıdakı 20 futbolçu ilə başlayıb: Bunlar qapıçılar - Kamran Ağayev (Bakı), Səlahət Ağayev (Sumqayıt), müdafiəçilər - Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hamısı “Qarabağ”), Aqil Nəbiyev (Bakı), Rasim Ramaldanov, İlkin Qırtımov (hər ikisi “Simurq”), yarımmüdafiəçilər - Əfran İsmayılov, Qara Qarayev (hər ikisi “Qarabağ”), Mahir Şükürov, Rəşad Sadiqov (hər ikisi “Neftçi”, Cavid Hüseynov, Elvin Məmmədov (hər ikisi “Bakı”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), hücumçular Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”), Rauf Əliyev (Bakı), Rüfət Dadaşov (Kaiserslautern, Almaniya) və Pərdis Fərcad-Azaddı (Sumqayıt).
“Qəbələ”nin qapıçısı Anar Nəzirovla “İnter”in müdafiəçisi Vladimir Levin yığmaya martın 14-də qoşulacaqlar. Rumıniyanın “Petrolul” klubunda çıxış edən müdafiəçi Elhad Nəziri martın 17-də komandamızın düşərgəsinə təşrif buyuracaq. Türkiyənin “Sivasspor” klubunun forvardı Cihan Özkara isə martın 18-də gələcək.
