13 mart 2013 14:23
Kəpəzdə zədə epidemiyası
"Kəpəz" AZAL-la görüşə ciddi itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, komandanın dörd futbolçusu zədəlidi.
Uzun müddətdi ki, yaşıl meydanlardan uzaq olan Emin Əliyevlə yanaşı, komandanın daha 3 üzvü sıradan çıxıb. Bunlar qapıçı Ramil Kərimov, müdafiəçi Georgi Sepiaşvili və orta xətt oyunçusu Pirkuli Saparovdu. Adları çəkilənlər təyyarəçilərə qarşı oyunda "Kəpəz"ə kömək edə bilməyəcəklər.
