13 mart 2013 14:56
“Mövsümü mümkün qədər üst pillələrdə başa vurmağa çalışacağıq”
AZAL-ın hücumçusu Viktor İbekoyi hesab edir ki, onun komandasına yayda heyəti gücləndirmək lazımdı. Azerisport.az saytına müsahibəsində “təyyarəçilər”in legioneri bunları söyləyib:
“Yayda komanda yeni futbolçularla güclənməlidi. Növbəti mövsümə daha güclü heyətlə başlamalıyıq. Bu mövsüm üzləşdiyimiz uğursuzluqdan nəticə çıxarmalıyıq. Bu mövsümü isə mümkün qədər üst pillələrdə başa vurmağa çalışacağıq. Bütün komandalarla oyunlarda qələbə qazanmağa çalışacağıq. “Xəzər Lənkəran”dan başqa “Rəvan” və “Turan” kimi güclü kollektivlər də var. Ona görə də asan oyunlar gözləməyə dəyməz”.