13 mart 2013 15:19
“Növbəti mövsümdən Premyer Liqada çıxış etmək istəyirik”
Futbol üzrə Azərbaycan Birinci Divizionunun lideri, son çempion “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov növbəti mövsümdən Premyer Liqada çıxış etmək istədiklərini bəyan edib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Premyer Liqada iştirak etmək üçün müəyyən tələblər var. Biz bu tələblərə hörmətlə yanaşırıq. Bu yöndə problemləri aradan qaldırmaq üçün işlər aparırıq. Lisenziya məsələsini artıq həll etmişik. Bu hazırlıqlarımız da bizim növbəti mövsümdən elitada çıxış etmək istəyimizdən xəbər verir. Maliyyə məsələsinə gəlincə, şübhəsiz ki, rəhbərlik bu amilləri də nəzərə alır”.