13 mart 2013 15:55
Neftçi fasilə zamanı yoxlama oyunu keçirmək istəyir
“Neftçi” futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya ilə oyunlarına görə Topaz Premyer Liqasında yaranmış fasilə dövründə yoxlama oyunu keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, hazırda komanda istirahətdədi.
“Ağ-qaralar” martın 17-də bir araya gələcəklər. 24-cü turun “İnter”lə paytaxt derbisinə qədər isə daha bir sınaq matçının keçirilməsi nəzərdə tutulub. Lakin hələlik nə rəqibin kimliyi, nə də oyunun keçirilmə vaxtı bəllidi.
