13 mart 2013 16:18
Nəbiyev millimizin heyətindən çıxarıldı
Bu gün Bakı şəhərində təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, zədəli olduğu üçün "Bakı"nın üzvü Aqil Nəbiyev millinin hazırlıq prosesində iştirak etməyəcək.
