13 mart 2013 16:37
Azərbaycan millisi Rusiya üzərində qələbəyə sevindi
Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, Rusiya yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, komandamız iki gün əvvəl keçirilən oyunda Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığmasını eyni hesabla məğlub edib. U-19 növbəti oyununu martın 15-də Moldova komandasına qarşı keçirəcək.
