13 mart 2013 17:02
Qarabağa 3 günlük istirahət
“Qarabağ” istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın final mərhələsinin ilk turunda dünən “Simurq”la qarşılaşan komanda gecə Bakıya qayıdıb.
Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasiləylə bağlı komandanın çalışdırıcısı Qurban Qurbanov futbolçulara 3 günlük istirahət verib. Komanda martın 16-da yenidən yığışaraq məşqlərə başlayacaq. Qeyd edək ki, Premyer Liqada yaranmış fasilə martın 30-da başa çatacaq. Komanda qeyd olunan tarixdə “Qəbələ”ylə qarşılaşacaq.
