14 mart 2013 16:45
Qəbələnin bəzi futbolçuları əvəzedici heyətə göndərilə bilər
Digər Premyer Liqa klublarında olduğu kimi, “Qəbələ” də DÇ-2014-ün seçmə mərhələ oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək, futbolçularını istirahətə buraxıb. Azerisport.az xəbər verir ki, komanda martın 19-da yenidən bir araya gələcək.
Lakin fasilə dövründə bəzi futbolçularla bağlı sərt qərarlar çıxarıla bilər. Belə ki, baş məşqçi Ramiz Məmmədov komandanın son dövrlərdəki zəif çıxışı ilə əlaqədar klub rəhbərliyi ilə görüş keçirməyə hazırlaşır. Məhz bu görüşdə Məmmədovun narazı qaldığı oyunçuların aqibətinə aydınlıq gətiriləcək. Mümkündü ki, artıq həmin futbolçuların bəzisi tezliklə əvəzedici heyətə göndərilsin. Onların yayda komandadan göndərilməsi də istisna deyil. Bunu baş məşqçi “İnter”ə son məğlubiyyətin ardından özü də bəyan etmişdi.
