14 mart 2013 16:58
Rüfət Dadaşov: Lüksemburqa qol vurmaq istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Kaiserslautern” klubunun hücumçusu Rüfət Dadaşov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də keçiriləcək Lüksemburqla oyunda qol vurmaq istəyir. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən çox istəyirəm ki, Lüksemburqla oyunda meydana çıxım. Özü də təkcə oynamaq yox, qol da vurmaq istəyirəm. Lakin əsas heyətdə kimlərin meydana çıxmasına baş məşqçi qərar verəcək”.
“Mən çox istəyirəm ki, Lüksemburqla oyunda meydana çıxım. Özü də təkcə oynamaq yox, qol da vurmaq istəyirəm. Lakin əsas heyətdə kimlərin meydana çıxmasına baş məşqçi qərar verəcək”.
